Sonuncu Konstitusiya referendumu və dövlət idarəetmə SİSTEMİ: “Proses tam şəkildə başa çatdırılmayıb” - ŞƏRH

media-hightechnic-468x90

“Hesab etmək olar ki, o dəyişikliklər ilkin formada həyata keçirilsə də, kompleks qaydada öz təsdiqini tapmayıb”.

Bu fikirləri dövlət idarəetmə sisteminin 2016-ci ilin sentyabrında keçirilmiş Konstitusiya referendumunun nəticələrinə uyğunlaşdırılması prosesini dəyərləndirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu istiqamətdə zəruri dəyişikliklər ilkin formada həyata keçirilsə də, tam şəkildə öz təsdiqini tapmayıb:

“Belə deyək, 2016-cı ilin Konstitusiya referendumundan sonra həyata keçirilməli olan dəyişikliklər idarəetmə sistemində ciddi islahatların aparılmasını tələb etmirdi. Sadəcə olaraq, o referendumun nəticələri əsasında prezidentin, 1-ci vitse-prezidentin və vitse-prezidentlərin hüquqi statusları, səlahiyyətləri müəyyənləşməli idi.

Vitse-prezidentlər institutu təsis edilsə də, o postlara təyinatlar olmayıb. Bu baxımdan, belə hesab etmək olar ki, o dəyişikliklər ilkin formada həyata keçirilsə də, kompleks qaydada öz təsdiqini tapmayıb.

Bunun səbəbi onunla bağlıdır ki, görünür, hakimiyyət vitse-prezidentlik institutuna böyük əhəmiyyət versə də, onun idarəetmə sistemində dəyişikliyə səbəb olacağını gözləsə də, nədənsə, bir çox məsələlərdə olduğu kimi, burada da prosesi tam şəkildə başa çatdıra bilmədi”.

A.Zeynalov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600