!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Subbakalavrların universitetə QƏBUL ŞANSI: Uğur qazana bilməmək SƏBƏBLƏRİ

!Reklam – Yazi

“Maliyyə ixtisasını bitirən şəxs ən minimum ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ilə ali məktəbə qəbul olunduğu halda, ibtidai sinif müəllimliyini ən maksimum ÜOMG ilə bitirmiş subbakalavr ali məktəbə qəbul olmaya bilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ali təhsil müəssisələrinə qəbul prosesində subbakalavrların qəbul şansları haqda danışan təhsil məsələləri üzrə eskpert Rizvan Fikrətoğlu deyib.

Onun sözlərinə görə, subbakalvrlar kolleci hətta qırmızı diplomla bitirsələr belə, bəzən uğur qazana bilmirlər.

“Subbakalavr dedikdə, yüksək texniki peşə təhsili səviyyəsində və orta ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsi başa düşülür. 2012-ci ildən etibarən, kollec (texnikum) bitirmiş şəxslər ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) uyğun şəkildə ali məktəblərə qəbul olmaq üçün elektron formada ixtisas seçiminə buraxılırlar. Nəzərə almaq lazımdır ki, subbakalavrlar kolleci hətta qırmızı diplomla bitirsələr belə, bəzən uğur qazana bilmirlər”, – deyə o əlavə edib.

Ekspert bunun bir neçə səbəbi olduğunu deyib:

“Ən başlıca səbəb test imtahanından bal toplamış şəxslər ali məktəblərə qəbul edildikdən sonra boş qalan yerlərə subbakalavrların qəbulu həyata keçirilməsidir. Yəni, subbakalavrlar üçün xüsusi plan yeri ayrılmır. Burada bütün subbakalavr ixtisaslarına eyni şans yaranmır. Məsələn, ibtidai sinif müəllimliyini bitirmiş subbakalavrla, maliyyə ixtisasını bitirmiş məzunun sevinci fərqlidir. Maliyyəni bitirən şəxs ən minimum ÜOMG ilə ali məktəbə qəbul olunduğu halda, ibtidai sinif müəllimliyini ən maksimum ÜOMG ilə bitirmiş subbakalavr ali məktəbə qəbul olmaya bilir. Subbakalavrların qəbulu zamanı hansı kolleci bitirməyinin, ödənişli və ya ödənişsiz təhsil almağının, əyani və ya qiyabi formada təhsilini başa vurmağının heç bir fərqi yoxdur. Burada əsas olan ixtisas və kollec dövründə aldığı yüksək qiymətlərin önəmliliyidir. Subbakalavrlar ixtisasa və orta göstəriciyə uyğun olaraq, ödənişsiz də ali təhsil ala bilərlər”.

Mütəxəssis qeyd edib ki, bu il ali təhsil müəssisələrinə sənəd verənlərin sayında artım baş versə də, plan yerlərində də keçən illə müqayisədə müəyyən qədər artım baş verib:

“Bir çoxları düşünür ki, bu il subbakalavrların qəbul şansı keçən illə müqayisədə zəif olacaq. Əslində, bu belə deyil. Bu il ali təhsil müəssisələrinə sənəd verənlərin sayında artım baş versə də, plan yerlərində də keçən illə müqayisədə müəyyən qədər artım baş verib. Təkcə Qarabağ Universitetinə 1200 şəxs qəbul olunacaq. Bu, böyük rəqəmdir və istər-istəməz subbakalavrlarında müəyyən qədər şansını artırır. Bundan əlavə subbakalavrlar üçün qiyabi plan yerləri hər il yüksək olub. Subbakalvrların çoxu işlədiyinə görə, onlar qiyabi oxumağa yönəlikdir. Baxsaq, birinci və ikinci ixtisas qruplarında subbakalavrların şansı daha çoxdur. Məsələn, ikinci ixtisas qrupunda maliyyə, mühasibat, bank işi kimi ixtisaslarda qəbul şansı daha yüksək olsa da, üçünü ixtisas qrupunda sosial iş ixtisasına qəbul olmaq demək olar ki, qeyri-mümkündür. Əczaçılıq ixtisasını çıxmaqla, tibb bacısı, stomatologiya, müalicə işi kimi ixtisaslara qəbul olmaq şansı demək olar ki, olmur. Qabiliyyət tələb edən ixtisaslarda isə subbakalvrlar əlavə qabiliyyətdən imtahan verməlidir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

620
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv