Suriya ordusuna “Azərbaycan modeli” əsasında dəstək verməyə hazırıq” – Nazir
Türkiyə Suriya ordusuna “Azərbaycan modeli” əsasında dəstək verməyə hazırdır”.
“Yenicag.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler brifinqdə deyib.
Nazir ölkəsinin Suriyanın terrorla mübarizəsinə və ordusunun modernləşdirilməsinə dəstək verə biləcəklərini bildirib və Türkiyənin hərbi təlim təcrübəsini xatırladıb:
“Azərbaycana, Liviyaya və Somaliyə təlim dəstəyimizi verdiyimiz kimi, onları da eynisi ilə təmin edə bilərik. Təlimlərə Türkiyədə başlamışıq və davam edirik. Suriyanın terrorla mübarizəsinə yardım etməli olduğumuzu düşünürük və bu istiqamətdə fəaliyyətlərimizi davam etdiririk”, – deyə Y.Güler söyləyib.












