Suriyada yeni valyuta tədavülə buraxılacaq

media-hightechnic-468x90

“Suriyanın yeni valyutası dövriyyəyə buraxılacaq və bu, yeni iqtisadi mərhələ olacaq”.

Yenicag.az “Türkiye” qəzetinə istinadən xəbər verir ki, bunu Suriya Mərkəzi Bankının sədri Əbdülqadir əl-Hasriya deyib.

“Yeni Suriya valyutası azadlıqdan sonra maliyyə suverenliyimizin simvoludur, Suriya Mərkəzi Bankının idarəetməsi və hər kəsin əməkdaşlığı ilə qurulan yeni mərhələnin başlanğıcını göstərir. Bu, azadlıq anından bəri əldə edilən nailiyyətlərə əlavə olaraq, milli uğur, sabitlik və iqtisadi bərpa yolunda atılmış möhkəm addım olacaq”, – deyə o vurğulayıb

Əl-Hasriya qeyd edib ki, yeni valyutanın detalları dekabrın 28-də keçiriləcək iclas zamanı açıqlanacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa