!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tədris müddətinin uzadılması hansı neqativlərə yol açır? - Təhsil ekspertlərindən TƏKLİF

!Reklam – Yazi

“Fikrimcə, dərslər sentyabr ayının 1-i başlamalı və may ayının 31-ində başa çatmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında orta məktəblərdə tədris müddətini uzun olması haqda danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, orta məktəblərdə dərs vəsaitlərini erkən yığılması düzgün deyil.

“Bildiyimiz kimi tədris ili ölkəmizdə senytabr ayının 15-i başlayıb may ayının 14-ü yekunlaşır. Əvvəlki dövrdə bu mayın 31-ə qədər davam edirdi. Lakin son verilmiş qərarda bu müddət iyunun 14-nə qədər uzadıldı. Sözün düzü orta məktəblərdə dərslərin iyunun 14-nə qədər uzadılmasının tərəfdarı deyiləm”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, bu, bəzi məsələlərdə çaşqınlıq yaradır və tədris peosesini nisbətən uzadır:

“Fikrimcə, bu nöqteyi-nəzərdən dərslər sentyabr ayının 1-i başlamalı və may ayının 31-ində başa çatmalıdır. Orta məktəblərdə dərs vəsaitlərinin vaxtından erkən yığılması, əslində, düzgün deyil.

Vəsaitlərin yığılma prosesi mayın 25-dən sonra aparılmalıdır. Çünki həmin dövrdə dərslərdə, mövzularda müvafiq təkrarlara üstünlük verilir. Abituriyentlər mart ayında buraxılış imtahanını verdikdən sonra, elə zənn edir ki, bununla hər şey yekunlaşır. Bu dövrdə onların məktəbə gedib-gəlməkdə davamiyyətləri çox aşağı düşür. Ona görə də dərslərin daha erkən, yəni mayın 31-i yekunlaşması daha məqsədəuyğun olar”.

Mövzu barədə Yenicag.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, təhsil müddətini dəyişmək yerinə, keyfiyyəti artırmaq daha vacibdir.

Qeyd edim ki, ölkəmizdə tədris müddəti həftədə 34-35 saat olduğu təqdirdə, bir sıra ölkələrdə bu, 40 saatdır. “Lakin bu ona əsas vermir ki, biz də bu tendensiyaya qoşulaq. Təhsil müddətini artırmaq hansı keyfiyyəti artıracaq ki? Təhsil müddətini dəyişmək yerinə, keyfiyyəti artırmaq daha vacibdir. Lakin tədris müddətini dəyişmək, məsələn, 1 sentyabrda başlayıb, 31 mayda bitirmək daha məqsədəuyğun olardı. Bu, Rusiyada belədir. Ancaq 15 sentyabrda başlayıb, 14-15 mayda yekunlaşması da problem yaratmır”, – ekspert bildirib.

R.Fikrətoğlu hesab edir ki, ümumiyyətlə, tədris ilinin havanın temperaturuna görə uyğunlaşdırılması da absurddur:

“Nəzərə alaq ki, bir sıra inkişaf etmiş ölkələrdə tətillər qış aylarında olur. Müşahidələrim göstərir ki, adətən may ayı başlayandan məktəblərdə şagirdlərin dərsə davamiyyəti aşağı düşür. Xüsusən də buraxılış imtahanları yekunlaşmış 9 və 11-ci sinif şagirdlərinin dərsə getməyə marağı xeyli azalır. Bu kimi hallara yol verilməməlidir. Dərs ili yekunlaşmadan, dərs vəsaitlərinin may ayından etibarən şagirdlərdən yığılması da yolverilməz olmalıdır. Əgər tədris müddəti 14 iyun bitirsə, deməli, may-iyun aylarında keçiriləcək mövzular var. Son günə kimi tədris proqramında dərs nəzərdə tutulur. Çünki hər günün dərs planı var. Buna görə dövlət vəsait ayırır, müəllim maaş alır. Bu qənaətə gəlinir ki, dərs vəsaitlərin son gün yığılmalıdır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

578
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv