Təhsil naziri əmr imzaladı

media-hightechnic-468x90

Azərbaycanda tələbələrə akademik məzuniyyətin verilməsi qaydaları açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən Yenicag.Az-a verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarov “Tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ın yeni redaksiyada təsdiq edilməsi barədə əmr imzalayıb.

Təhsil nazirinin yeni təsdiq etdiyi müvəqqəti qaydalara əsasən, tələbəyə akademik məzuniyyət bəzi hallarda və müəyyən müddətə verilir.

Belə ki, tələbə müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə, ailə vəziyyətinə görə 2 il müddətinədək, səhhətinə görə həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə, sosial məzuniyyətə çıxdıqda qanunvericiliklə müəyyən olunmuş müddətə, müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə proqramda göstərilən müddətə akademik məzuniyyət əldə edir.

Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə müvafiq tələbləri gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyində baxılır.

Yenicag.Az

media-ziraat-728x90

Təhsil naziri əmr imzaladı

media-hightechnic-468x90

kjkjiuAzərbaycanın təhsil naziri Mikayıl Cabbarov müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə əmr imzalayıb.

Azərbaycan Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil alanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsil verənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Bu hədəfə nail olmaq üçün müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini, müəllim peşəsinin nüfuzunun artırılmasını, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını təmin edən yeni sistemin yaradılması nəzərdə tutulub.

Əmrə əsasən, 2014-cü ilin iyun ayında Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq. Əmrlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tapşırılıb ki, Bakı şəhərinin ümumi təhsil müəssisələrində işləyən müəllimlərin ixtisaslar üzrə siyahıları bir həftə müddətinə hazırlansın, mayın 25-dək hər bir ixtisas üzrə test bankının hazırlanması, ekspertizadan keçirilməsi, müəllimlərin sayına uyğun sual kitabçaları və cavab kartlarının çapı ilə əlaqədar tədbirlər görülsün.

Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq mərkəz hər bir mərkəz üzrə rəhbər və nəzarətçiləri müəyyənləşdirməli, sınaq qiymətləndirmənin məqsəd və mahiyyəti barədə pedaqoji heyəti məlumatlandırmalı, sınaq qiymətləndirmədə bütün müəllimlərin iştirakını təmin edilməlidir. Sınaq qiymətləndirmə başa çatdıqdan sonra nəticələr rəhbərliyə təqdim edilməlidir.

BŞTİ nazirliyin aidiyyəti şöbələri ilə birlikdə sınaq qiymətləndirmənin nəticələrini təhlil etməli və müəllimlərin əmək fəaliyyətinin optimallaşdırılması üzrə təkliflər hazırlamalıdır(ans).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600