“O, çətin və şərəfli yolda inamla addımlayır”

media-hightechnic-468x90

Şərəfli, müqəddəs və bir o qədər də çətin peşə olan müəllim adını ucalara qaldıran müəllimlərimizlə hər zaman qürurlanmışıq. Çünki onlar hər zaman cəmiyyətdə örnək olmağı bacarıb, əsl pedaqoq kimi sevilib, seçiliblər.

Ölkəmizin təhsil sistemində özünəməxsus yeri və nüfuzu ilə seçilən Humanitar Liseyin direktoru “Qabaqcıl təhsil işçisi” döş nişanlı, Əməkdar müəllim fəxri adları daşıyan Nəzakət Əsgərova da belə nümunə olmağı bacaran müəllimlərdəndir. Onun rəhbərlik etdiyi və illərdir ki, ölkəmizin təhsil sistemində özünəməxsus yeri və nüfuzu ilə seçilən təhsil ocağı yalnız bilik verməklə kifayətlənmir, həm də şagirdlərin dünyagörüşünü formalaşdırır, onların cəmiyyətə faydalı fərdlər kimi yetişməsinə şərait yaradır.

Elə bunun nəticəsidir ki, liseyin məzun olan gənclərin əksəriyyəti respublikanın və dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunaraq ölkəmizin adını hər zaman yüksəklərə qaldırır. Liseyin müəllim kollektivi daim yenilikçi metodlardan istifadə edir, milli və bəşəri dəyərlərin qorunmasına xüsusi önəm verir.

Müsabiqələrdə, olimpiadalarda və müxtəlif intellektual yarışlarda əldə olunan nailiyyətlər, eləcə də məzunların elm, incəsənət, ictimai fəaliyyət sahələrində qazandıqları uğurlar liseyin yüksək səviyyəsinin bariz göstəricisidir. Humanitar Lisey bu gün də ölkəmizin gələcəyini formalaşdıracaq savadlı, vətənpərvər və yaradıcı gənclərin yetişdiyi elm ocağı kimi tanınır.

media-whatsapp-gorsel-2025-09-25-saat-16-27-39_471e828d

Uğura aparan bu çətin, məsuliyyətli və şərəfli yolda addımlamaq həm də böyük zəhmət, yuxusuz gecələr, işə, peşəyə olan hədsiz məhəbbət, eyni zamanda fədakarlıq, tələb edir.

Nəzakət müəllimə də uzun illərin zəhmətini təhsilə həsr etmiş fədakar bir pedaqoq və bacarıqlı rəhbərdir. Həm işgüzarlığı, həm də insani keyfiyyətləri ilə kollektiv arasında dərin hörmət qazanıb. Dərin səmimiyyəti, peşəkarlığı və tələbkarlığı Humanitar Liseyin uğurlarında böyük rol oynayır. O, hər bir şagirdi öz övladı kimi görür, onların istedadını üzə çıxarmaq, cəmiyyətə faydalı vətəndaş kimi yetişdirmək üçün bütün imkanlarını səfərbər edir. Bütün bunların nəticəsidir ki, onun rəhbərliyi altında lisey yalnız elm ocağı deyil, həm də qayğıkeş, mehriban bir ailəyə çevrilib.

media-img-20250925-wa0040

O, 2 ilə yaxındır ki, Humanitar Liseylə bərabər paytaxtın 25 saylı orta məktəbinin də direktoru kimi fəaliyyət göstərir. Hər iki təhsil ocağındakı fəaliyyəti ilə müəllim və şagird kollektivinin rəğbətini qazanıb. Vaxtaşırı müəllim və şagirdlərlə görüşlər təşkil edən direktor onların qayğıları ilə maraqlanır, lazım olduğu halda  dəstək göstərir. Məktəb və müəllim kollektivinin sevimlisi olan Nəzakət müəllimənin ən böyük uğuru isə yüzlərlə şagirdin həyat yoluna işıq tutması, müəllimlik peşəsinə olan məhəbbəti və təhsilə gətirdiyi yeniliklərdir. O, çətin və şərəfli olan bu yolda əzmlə, inamla addımlayır.

Fatimə Hacıbəyli

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa