Avropanın sonrakı AĞLI: “Bu proseslərdə şansı böyük idi, lakin...”

media-hightechnic-468x90

“Geridə qalan müddətdə Azərbaycan və Ermənistan arasında Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə bir neçə görüş keçirilmişdi. Təbii ki, rəsmi Bakı Avropa İttfaqının səylərini dəstəkləyir və inanırdı”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

media-mehemmedesedullazade1

O bildirib ki, quruma üzv ölkələr, xüsusilə Fransa bu prosesə mane olub:

“Rəsmi Paris Şarl Mişelə təzyiq göstərirdi. Fransanın təsirində olan ölkələr də Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı anti-Azərbaycan qətnamələrinin qəbulunda yaxından iştirak edirdilər. Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərməsi isə bu danışıqlara kölgə saldı. Şarl Mişelin vasitəçi kimi çıxış etməsinə imkan vermədilər. Buna görə də ölkəmiz ikitərəfli danışıqlar təklifini irəli sürdü. Bu isə kifayət qədər nəticə verdi. Üçüncü tərəflərin münasibətlərə təzyiq göstərmək riski var idi. Məhz buna görə Azərbaycan Prezidenti İlham Əliyev prosesə ABŞ-ni də dəvət etdi”.

“ABŞ digər tərəfləri və Rusiyanı proseslərdən kənarlaşdırdı. Vaşinqton görüşü isə proseslərin kulminasiya nöqtəsi oldu. Donald Trampın səyləri nəticəsində Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflandı. Qeyd etdiyim kimi, Avropa İttfaqının bu proseslərdə şansı böyük idi, lakin Fransanın təsirində olan müəyyən mərkəzlər danışıqlara zərbə vurdu və prosesə mane oldu”, – deyə ekspert fikrini tamamlayıb.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa