Ermənistan müdafiə büdcəsini 15% azaldır
Ermənistan hökuməti bugünkü iclasında 2026-cı il dövlət büdcəsi layihəsini təsdiqləyib.
Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.
Müvafiq olaraq, hökumət gələn il müdafiə büdcəsini təxminən 15,2 faiz azaltmağı planlaşdırır. Qanun layihəsində 2026-cı ildə Müdafiə Nazirliyinə 563 milyard dram (təxminən 1,5 milyard dollar) vəsait ayrılıb. Bu illə müqayisədə hərbi xərclər təxminən 265 milyon dollar azalacaq.
Gələn il Ermənistanın dövlət borcunu idarə etmək üçün daha çox pul xərclənəcək. 423 milyard dramdan çox və ya 1,1 milyard dollar yalnız borclar üzrə faizlərin ödənilməsinə yönəldiləcək./unikal