Məktəbdə niyə “bayrampulu” yığılır? – “Problem əməkhaqqından qaynaqlanır”

media-hightechnic-468x90

“Problem əməkhaqqından qaynaqlanır. Müəllimlərin əməkhaqqı mütləq şəkildə tam ştatlı olmalıdır. Necə ki, polis, həkim və digər dövlət məmurları tam əməkhaqqı alır. Müəllimin vəzifə maaşı olmalıdır”.

Bu sözləri “Yeni Sabah”a təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.

O bildirib ki, məktəblərdə əlamətdar günlərdə pul yığımlarının digər bir səbəbi də qadın direktorlardır: Marqarita pizza

“Problemin kökünə baxsaq, maaşla yanaşı, digər məsələ orta ümumitəhsil məktəblərində qadın müəllimlərin sayının çoxluğundadır. Azərbaycan cəmiyyəti haqlı olaraq, qadına, qıza, gəlinə hörmətlə yanaşıb. Bu hörmət isə çox təəssüf ki, yalnız maddi hörmətdən ibarətdir. Məsələn, qonşu Gürcüstanda müəllimə hədiyyə kimi pul verilsə, bu ona təhqir kimi qəbul edilir.

Təbii ki, 5 oktyabr bizim üçün əlamətdar və mühüm gündür. Amma çox təəssüf ki, bu gün orta ümumitəhsil məktəblərində direktorlar əlamətdar günləri özlərinin real qazanc yeri kimi qəbul edirlər. Hətta bəzi məktəb direktorları var ki, tədris ili başlayanda özünün müəyyən ehtiyaclarını ödəmək üçün həmin əlamətdar günlərdə konkret pul tələb edir. Onların böyük əksəriyyəti xanım məktəb direktorlarıdır.

Əlbəttə, problem bilavasitə əməkhaqqından qaynaqlanır. Müəllimlərin əməkhaqqı mütləq şəkildə tam ştatlı olmalıdır. Polis, həkim və digər dövlət məmurları tam əməkhaqqı alır. Müəllimin vəzifə maaşı olmalıdır. Bu həm də müəllimin öz bilik və bacarıqlarını məktəbə tam şəkildə verməsinə imkan yaradacaq. Bu gün müəllimlik nə peşədir, nə də vəzifə. Müəllimlik xidmətdir. Gəlir xidmətini göstərir və gedir. Bu belə olmamalıdır”.

Sabiq deputat Etibar Əliyev isə qeyd edib ki, müəllimlər üçün 13-cü əməkhaqqı sistemini təbtiq etmək olar:

“Bir zamanlar 13-cü əməkhaqqı anlayışı var idi. Bunu müəllimlər üçün tətbiq etmək olar. Vaxtilə bu tətbiq edilirdi. İkincisi, məktəblərdə müəllimlər günü, 8 Mart və bu kimi əlamətdar günlərlə bağlı təzadlı fikirlər səsləndirilir. Elə bil hamı “gizlən-qaç” oynayır.

Bəzi ekspertlər və təhsil mütəxəssisləri deyir ki, müəllimlərə hədiyyə vermək olar, digərləri isə deyir ki, olmaz. Müəllimlərə hədiyyə kimi gül verilsin, kitab hədiyyə edilsin. Bu tələb olunma səviyyəsində böyük narazılıqlar yaradır. Onsuz da bu baş verir. 4500-dən çox məktəb var və onların hər biri bunu hansısa başqa formada tətbiq edir.

Bir qismi valideyn komitələri tərəfindən pulu yığır, bir qismi isə direktorlar vasitəsi ilə bunu həyata keçirir. Məktəb o qədər müqəddəs məkandır ki, heç bir neqativ hal qəbul etmir. İndiki nazirliyin rəhbələri cavandır. Onlar pedaqogikanı, tərbiyə konsepsiyasını bilmir.

Əslində, məktəbdə baş verən hansısa neqativ hal, həmin məktəbin imicinin zədələnməsinə gətirib çıxarır. Hər bir təhsil sistemi müəyyən dayaqlar üzərində qurulub. Bunlar tərbiyə, fiziki hazırlıq və uşaqlara zəruri biliklərin verilməsidir.

Məktəblərdə təəssüf ki, bu komponentlərin heç biri yoxdur. Müəllimlərin əməkhaqqında müəyyən artımlar olub. Amma müəllim də dərs keçməlidir axı. İndi vəziyyət belədir, bizdə əməkhaqqı bu cürdür. Müəllim aldığı əməkhaqqının müqabilində işinə vicdanla yanaşmalıdır”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa