Terrorçular otelə basqın etdilər

media-hightechnic-468x90

c3d9e345cbb414adba14e3cdc3e21181“Əş-Şabab” terrorçu qruplaşmasının üzvləri Somali paytaxtı Moqadişoda yerləşən otelə basqın ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə yerli polisin yaydığı xəbərdə deyilir.

Bildirilir ki, həmin oteldə Somali hökumətinin nümayəndələri var.

Terrorçular hazırda otelin daxilində və binanın damındadırlar. Onların hansısa tələb irəli sürüb-sürmədiyi barədə məlumat verilmir. Otelin yerləşdiyi ərazidə partlayış səsləri eşidilib.

Qeyd edək ki, “Əş-Şabab” radikal islamçıların yer aldığı qruplaşmadır. Qruplaşmanın “Əl-Qaidə” beynəlxalq terrorçu təşkilatı ilə sıx əlaqələri var. “Əş-Şabab” yerli hökumətə qarşı silahlı mübarizə aparır və BMT-nin humanitar fəaliyyətinə mane olur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa