Təyyarə qəzasında ölənlərin yaxınlarına 50 min avro təzminat veriləcək
Fransada “Airbus A320” tipli təyyarədə həlak olmuş insanların yaxınlarına 50 min avroyadək təzminat veriləcək.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Lufthansa” şirkətinin rəsmi nümayəndəsi “Tagesspiegel” nəşrinə bildirib.
“Lufthansa” hər bir sərnişinə görə 50 min avroyadək ödəyəcək”, deyə aviaşirkət rəsmisi bildirib.
Qeyd edək ki, “Lufthansa”nın törəmə şirkəti olan “Germanwings” aviaşirkətinə məxsus “Airbus A320” martın 24-də Alp dağlarının ucqar hissəsində qəzaya uğrayıb. Qəza nəticəsində 150 nəfər ölüb. Təyyarənin göyərtəsində Almaniya, İspaniya, Böyük Britaniya, Niderland, Kolumbiya, Meksika, Danimarka, Belçika, İsrail, Avstraliya, Venesuela və ABŞ vətəndaşları olub.