Tortunu yediyi üçün atalar günündə oğlunu öldürdü - FOTO

media-hightechnic-468x90

ABŞ-də özünə saxladığı tort dilimini yediyi üçün oğlunu öldürən şəxsə hökm oxunub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Uinskonsin ştatında qeydə alınıb.

Belə ki, 2019-cu ildə atalar günündən özünə saxladığı tort dilimini yediyi üçün oğlunu ağır şəkildə döyən 30 yaşlı Travis Stekhaus azyaşlının ölümünə səbəb olub.

Aldığı zərbələrdən başı gicəllənən 5 yaşındakı uşaq nərdivandan yıxılaraq həyatını itirib.

Saxlanılan ataya iki il sonra hökm oxunub. Stekhausa 20 il azadlıqdan məhrumetmə cəzası verilib. Qatil ata cəzasını çəkdikdən sonra isə 8 il nəzarət altında saxlanacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600