Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışdı
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirib.
Yenicag.az-ın məlumatına görə, bu barədə Ağ Ev rəhbəri özünün “Truth Social” səhifəsində yazıb.
“Bu gün saat 13:00-da Ukrayna Prezidenti Zelenski ilə görüşdən əvvəl Rusiya prezidenti Putinlə yaxşı və çox məhsuldar telefon danışığım oldu. Görüş Mar-a-Laqoda baş tutacaq”, – Tramp qeyd edib.
O əlavə edib ki, görüşə mətbuat nümayəndələri də dəvət olunub.
Bundan əvvəl Zelenski Trampla görüşdən əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığı apardığını bildirib./Report/












