Türk şaxtaçı dəhşətli anlardan danışdı – Video

media-hightechnic-468x90

asasadXilas olan fəhlə briqadirlərin onları yanlış istiqamətə yönləndiriyini bildirib.

Türkiyədə dünən gecə baş verən dəhşətli mədən partlayışından xilas olan Özcan Cücə adlı bir işçi dəhşətli anlardan danışıb.   Özcan hadisə ilə bağlı bunları deyib:

“Təzyiqi yüksək olan hava vardı içəridə. Özümü hava gələn yerin qarşısına atıb önünü kəsdim. Ardınca maskaları taxdıq. 3-4 saat bu vəziyyətdə dayandım. Öləcəyəmi düşünüb dua edirdim, əlimizdən gələn başqa bir şey yox idi. Ölənlər də yanımızda idi. Briqadirlər hamını səhv istiqamətə yönləndirdi. Hansı ki, o yerdən təzyiqli hava axını gəlirdi. O istiqamətə tərəf gedənlərin hamısı elə orda qaldı. İrəli-geri qaçanlar isə xilas olmağı bacardı.     Yoldaşlarımla partlayış yerindən uzaqlaşmağa çalışınca isə zəhərli hava udmağa məruz qaldıq. Telefon şəbəkəsinin dalğası da tamamilə itmişdi. Bilmirdik hara gedək. Təsadüfən geri qayıdıb çıxmağa yer tapdıq və bu yolla xilas olduq”(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600