“Türkiyə–Azərbaycan İş Dünyasında Yeni Üfüqlər” Bakıda müzakirə olundu - FOTO

media-hightechnic-468x90

16 oktyabr 2025-ci il tarixində “Hilton Baku” otelində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan İş Dünyasında Yeni Üfüqlər” adlı tədbir keçirilib.

Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Türkiyə səfirliyinin müşavirləri, eləcə də TİKA, TPAO, Aselsan-Bakü, Türk Hava Yolları, Azroksan şirkəti və TÜİB idarə heyəti iştirak ediblər.
Prof.Dr.Birol Akgün çıxışında Türk iş adamlarının Azərbaycanın müstəqillik qazandığı ilk illərdən etibarən bu ölkədə fəaliyyət göstərdiyini və bu gün mühüm nailiyyətlər əldə etdiklərini bildirib.

Akgün qeyd edib ki, “Türk iş insanları Azərbaycanın həm ağır, həm də sevincli günlərində daim onun yanında olub. Azərbaycan bir daha çətin günlər yaşamaması üçün yalnız siyasi deyil, iqtisadi əməkdaşlıq sahəsində də əlaqələrimizi gücləndirməliyik.”

Diplomat həmçinin vurğulayıb ki, Azərbaycandakı Türk iş adamları həm bu ölkənin, həm də Türkiyənin dövlət qurumları ilə sıx əməkdaşlıq etməlidir:
“Artıq yeni dövr başlayır və bu mərhələdə Azərbaycan bazarında fəaliyyət göstərən Türk iş adamları gələcəyə dair aydın vizyon formalaşdırmalıdır. Biz, səfirlik olaraq, bu istiqamətdə hər cür dəstəyə hazırıq.”

TÜİB sədri Hüseyin Büyükfırat çıxışında 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərdiyini, bu ölkənin həm çətin dövrlərinə, həm də Qarabağ Zəfərinin sevincinə şahidlik etdiyini bildirib.

O qeyd edib ki, “biz bu torpaqlarda yalnız qazanc üçün deyil, eyni zamanda davamlı dostluq və qardaşlıq körpüləri qurmaq üçün fəaliyyət göstəririk. İqtisadi əlaqələrin güclənməsi, siyasi və mədəni birliyimizi də daha möhkəm edir.”

Büyükfırat əlavə edib ki, Türk dövlətləri arasında ortaq istehsal, investisiya və yeni layihələrin inkişafı istiqamətində səylər artırılmalıdır:

“Hədəflərimizə ‘mən’ deyərək deyil, ‘biz’ ruhu ilə çata bilərik. Türk iş dünyasının regional inkişafın lokomotivi olması üçün ortaq vizyona ehtiyac var və TÜİB bu vizyonun reallaşması istiqamətində qətiyyətlə çalışır.”
Tədbir çərçivəsində TÜİB-in fəaliyyətinə dair təqdimat qurumun İdarə Heyətinin sədr müavini Necmeddin Taşbağ tərəfindən iştirakçılara təqdim olunub.
Bundan əlavə, tədbir zamanı II Azərbaycan–Türkiyə İnvestisiya Forumu barədə də məlumat verilib, forumun məqsəd və istiqamətləri iştirakçılarla bölüşülüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa