Türkiyə ən çox sığınacaq istənilən 3-cü ölkədir

media-hightechnic-468x90

10bf4f6c1ed378ce050a3c01fb38276bBirləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, Almaniya və ABŞ-dan sonra ən çox sığınacaq tələb edilən ölkə Türkiyə olub.

Suriya və İraqda davam edən qarşıdurmalar, bəzi ölkələrdəki humanitar vəziyyət səbəbindən ötən il sığınacaq tələb edən insan sayı Bosniya müharibəsindən sonra ən yüksək səviyyəyə çatıb. BMT-nin Qaçqınlar Üzrə Ali Komissiyasının 2014-cü il hesabatında yer alan məlumata görə, keçən il 866 min şəxs sığınacaq tələb edib.

Siyahıda 173 min sığınacaq tələbi alan Almaniya birinci, 121 min sığınma tələbi alan ABŞ ikinci olub. Siyahıda üçüncü yeri 87 min 800 tələblə Türkiyə tutub. (musavat.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600