Türkiyə Futbol Federasiyasından erməniləri ŞOKA SALACAQ QƏRAR: “Stadion bütünlüklə…”

Bu gün AVRO-2024-ün seçmə mərhələsində Türkiyə-Ermənistan matçı keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Bildirilir ki, stadionda türk azarkeşlərə rekord sayda bayraq paylanacaq.

Türkiyə Futbol Federasiyasının yaydığı açıqlamaya görə, Eskişehirdə Ermənistan komandası ilə keçiriləcək oyunda stadionun tribunasının bütünlüklə Türkiyə bayraqları ilə örtülməlidir. Bunun üçün türk azarkeşlərə rekord sayda bayraq veriləcək. Həmçinin qeyd olunub ki, stadionun işıq lövhəsində Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş şou nümayiş etdiriləcək.

Xatırladaq ki, Türkiyə – Ermənistan oyunu sentyabrın 8-i saat 22:45-də baş tutacaq.

Xuraman Etibarlı