2026-da davam edəcək QİYMƏT ARTIMI: Hansı məhsullar bahalaşacaq? - Ekspert AÇIQLAYIR / VİDEO

media-hightechnic-468x90

Artan inflyasiya, idxal xərclərinin yüksəlməsi və mümkün tarif dəyişiklikləri 2026-cı ildə qiymətlərin necə dəyişəcəyi ilə bağlı cəmiyyətdə narahatlığı artırır. Xüsusilə gündəlik istehlak məhsullarında bahalaşmanın davam edib-etməyəcəyi ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.

Bu məsələlərlə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, konkret məhsullar üzrə bahalaşma proqnozu vermək düzgün deyil.media-xalid-kerimli-bu-naxcivan-ucun-cox-ugurlu-modeldir-1735038010

Onun sözlərinə görə, qiymət artımları, əsasən, Azərbaycandan kənarda baş verən proseslərdən asılıdır:

“Hansısa bir proqnoz vermək, hansı məhsulun bahalaşacağını demək doğru deyil, çünki bu bizdən asılı olmayan çoxlu faktorlardan asılıdır. Birinci növbədə, idxal etdiyimiz ölkələrdə inflyasiyanın səviyyəsi mühüm rol oynayır. 2025-ci ildə 11 aylıq statistikaya görə, idxal olunmuş məhsulların qiymət indeksi 25 faiz artıb”.

İqtisadçı qeyd edib ki, gələn il üçün 5,7 faizlik inflyasiya proqnozlaşdırılır və bu, qiymət artımlarının davam edəcəyini göstərir.

Onun sözlərinə görə, Tarif Şurasının mümkün qərarları, xüsusilə su tariflərinin diferensiallaşdırılması da əlavə bahalaşmaya səbəb ola bilər.

Xalid Kərimli vurğulayıb ki, inflyasiya Azərbaycan əhalisinə ən çox ərzaq qiymətləri vasitəsilə təsir edir:

“Əhalinin xərclərinin təxminən 55 faizi ərzaq və içkilərə gedir. Ona görə də ərzaq qiymətlərinin artması vətəndaşlara birbaşa təsir göstərir və bu proses gələn il də davam edəcək”.

Ekspertin fikrincə, bahalaşmanın əsas səbəbləri idxal qiymətlərinin yüksəlməsi və manatın nominal effektiv məzənnəsinin ucuzlaşmasıdır. Bu amillər nəticəsində inflyasiya ölkəyə idxal olunur və qiymət artımları qaçılmaz olur.

Ətraflı videomaterialda:

Samir Məcid

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa