Polis Məşhur Məmmədovu belə SAXLADI: “Mən sənin üçün vətandaş deyiləm, bağırma” - VİDEO

media-hightechnic-468x90

Milli Məclisin deputatı Məşhur Məmmədovun sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün Dövlət Yol Polisi əməkdaşları tərəfindən keçirilən reyd zamanı saxlanılmasının görüntüləri yenidən sosial mediada gündəm olub. 

Yenicag.az xəbər verir ki, bir neçə il öncəyə məxsus video sosial mediada yenidən gündəmə gəlib.

Belə ki DYP əməkdaşları reyd zamanı deputatın idarə etdiyi avtomobili saxlayır və Məşhur Məmmədovun sürücülük vəsiqəsinin olmadığı üzə çxır. Deputat yol polisi əməkdaşına hazırda sürücülük vəsiqəsinin özündə olmadığını, lakin qısa zamanda oğlunun gətirə biləcəyini bildirir.

Lakin DYP əməkdaşı “gecənin bu vaxtı sizin oğlunuzu gözləməliyik?” deyərək millət vəkilinə etiraz edir.

Görüntülərdə deputatı müşayiət edən bir şəxsin polislə kobud, əl-qol hərəkətləri ilə danışdığı, tabesizlik göstərməyə cəhd göstərdiyi görünür. Həmin şəxs polisin ona “vətəndaş” deyə müraciətinə: “Mən sənin üçün vətəndaş deyiləm, bağırma” – deyə reaksiya verib.

Görüntülərdən reydin payız və ya qış aylarında keçirildiyi görünür.

Qeyd edək ki, Məşhur Məmmədov Milli Məclisin iri ranqlı biznesmen deputatlarından biri hesab edilir.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa