Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

media-hightechnic-468x90

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın dron və raket istehsalında iştirak edən şirkət və şəxslərə qarşı sanksiyalar haqqında fərmanların imzalandığını deyib.

Yenicag.az bildirir ki, bu barədə o, “Facebook” səhifəsində açıqlama verib.

Zelenski əlavə edib ki, digər fərmanla Rusiyanın maliyyə sektoruna qarşı sanksiyalar tətbiq olunub. Bu siyahıya Rusiya raketləri və dronlarının istehsalına görə komponentlərin tədarükü üçün ödənişlərin edildiyi şirkətlər daxildir.

“Həmçinin Rusiya kriptobazarı və mayninqini təmin edən strukturlara qarşı da sanksiyalar tətbiq edilib. Bu qərarların bir hissəsi Avropa İttifaqının artıq yekun mərhələdə olan 20-ci sanksiya paketinə daxil ediləcək”, – deyə o vurğulayıb./Oxu/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05