Türkiyə ilə Ermənistan xüsusi nümayəndələri arasında növbəti görüş oldu

Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin 3-cü görüşü baş tutub.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, görüş Avstriyanın paytaxtı Vyanada baş tutub.

“Türkiyə və Ermənistan arasındakı proses tam normallaşma hədəfi ilə Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirilir”, – deyə qeyd edilib.