Türkiyə-Rusiya münasibətlərində SOYUQ YELLƏR: "Qara dənizdə baş verə biləcək hər hansı isti toqquşma..."

media-hightechnic-468x90

“Səssiz gərginliklər bəzən açıq toqquşmalardan daha təhlükəli və təsirli ola bilir”.

Bunu Rusiya və Türkiyə münasibətlərində soyuqluq yarandığına dair iddialara münasibət bildirən siyasi şərhçi Sena Parlar Yenicag.az-a açıqlamasında deyib.

Siyasi şərhçi bildirib ki, türk ticarət gəmilərinin Rusiya tərəfindən hədəf alınması və ya bu istiqamətdəki iddiaların beynəlxalq mətbuata yansıması, iki ölkə arasında uzun müddətdir, balans üzərində qurulan münasibətlərin sınaqdan keçirildiyini göstərir:

“Rusiya-Ukrayna müharibəsindən sonra Qara dənizdəki hərbi üstünlüyünü artırarkən Türkiyə həm Montrö konvensiyasının təminatçısı, həm də Ukraynaya verdiyi texniki və diplomatik dəstək səbəbilə Moskvanın diqqət mərkəzində olan aktordur. Odessa limanına gedən türk gəmilərinin hədəf alınması birbaşa hücumdan daha çox, ərazi üzərində nəzarət nümayişi və ya xəbərdarlıq xarakteri daşıya bilər.

Burada əsas sual budur, əgər Türkiyə bu hadisələrə səssiz qalırsa, səbəb nədir? Yəni Ankara niyə açıq bir reaksiya vermir? 

Türkiyənin bu susqunluğu, diplomatik arxa qapı təmaslarının davam etdiyinə işarə edə bilər. Ankara Qara dənizdə hərbi gərginliyi artırmadan Rusiya ilə mövcud balansı qorumağa çalışır. Çünki iqtisadiyyat, enerji və regional təhlükəsizlik baxımından münasibətlər hələ də optimal strateji səviyyədə davam edir.

Unutmamalıyıq ki, Qara dənizdə baş verə biləcək hər hansı isti toqquşma təkcə Türkiyə və ya Rusiya ilə məhdudlaşmaz, eyni zamanda, NATO ilə də birbaşa əlaqəli olar və regional münasibətlərə ciddi təsir göstərə bilər. Məhz bu səbəbdən baş verən proseslərin arxa planı diqqətlə izlənilməlidir. Çünki səssiz gərginliklər bəzən açıq toqquşmalardan daha təhlükəli və daha təsirli ola bilir”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa