Türkiyə İsrailin bu qərarını pislədi
İsrailin Somaliləndi rəsmən tanıması Somalinin daxili işlərinə müdaxiləsi deməkdir.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli deyib.
“İsrailin Somaliləndin müstəqilliyini tanıdığını elan etməsi Netanyahu hökumətinin qanunsuz hərəkətlərinin yeni bir nümunəsidir. Ekspansionist siyasətini davam etdirən və Fələstin Dövlətinin tanınmasının qarşısını almaq üçün hər cür səy göstərən İsrailin bu addımı Somalinin daxili işlərinə açıq müdaxilədir”, – Keçeli açıqlamasında bildirib.
“Afrika Buynuzunda sülhə və təhlükəsizliyə böyük əhəmiyyət verən və Somalinin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyən Türkiyə Somali xalqını da dəstəkləməyə davam edəcək”, – açıqlamada deyilir.
Qeyd edək ki, İsrail Somaliləndi müstəqil və suveren ölkə kimi tanıyan ilk ölkə olub./axar.az












