Türkiyədə 7 azərbaycanlı boğuldu

media-hightechnic-468x90

75330Türkiyədə 7 azərbaycanlı dəm qazından boğulub.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bədbəxt hadisə Bursa şəhərində baş verib. Hadisəyə səbəb yaşayış binasının bacasının bağlı olması və kömür sobasından sızan qazın evə yayılması olub.

Nəticədə Əhmədoğlu ailəsinin 7 üzvü dəm qazından zəhərlənib. Yaxınlıqdakı xəstəxanaya aparılan azərbaycanlılardan Telman Əhmədoğlu dünyasını dəyişib.

Zəhərlənənlərdən Cumali Əhmədov,Günəş Əhmədov, Sevgi Əhmədova, Səltənət Əhmədoğlu, Mələk Əhmədoğlu isə hazırda həkim nəzarətində saxlanılır.

Hadisə ilə əlaqədar istintaq başlayıb və araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600