Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 7 polis yaralandı
Türkiyədə İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı atışma baş verib, 7 polis əməkdaşı yaralanıb.
Yenicag.az xəbər verir ki, hadisə Yalova ilində baş verib.
Belə ki, Elmalık kəndinə gedən yolda yerləşən evdə İŞİD terror təşkilatını hədəf alan əməliyyat keçirilib. Əməliyyat zamanı evdə olan şübhəli şəxslər atəş açıb və nəticədə 7 polis əməkdaşı yaralanıb.
Bursa şəhərindən gələn xüsusi təyinatlı polislərin də dəstəklədiyi əməliyyat bölgədə təhlükəsizlik tədbirləri görülməklə davam edir.
Yaralanan polislərin həyati təhlükəsi yoxdur.












