Tüstü bacalarında müayinənin keçirilməsi qaydası müəyyənləşəcək

media-hightechnic-468x90

Tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası müəyyənləşəcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Qaz təchizatı haqqında” qanunun tətbiqi barədə imzaladığı Fərmanda əksini tapıb.

Nazirlər Kabineti qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını hazırlayıb 9 ay ərzində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabinetinə bu müddət ərzində tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını hazırlamaq da tapşırılıb.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05