!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ucarda ağır qəza: Ağır tonnajlı maşın həyət evinə çırpıldı - YENİLƏNDİ

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış yanacaqla dolu yanacaqdaşıyan avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində yanacaqdaşıyan yük avtomobilinin yanar konstruksiyaları və 40 ton yanacaq, vətəndaşa məxsus yardımçı tikili yanıb.

Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə yerində avtomobilin sürücüsünün meyiti aşkar edilib.

Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Ucarda baş verən ağır yol qəzasında bir avtomobil həyət evinə çırpılıb.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində xəsarət alanlar var.

Dərhal hadisə yerinə tibbi yardım və hüquq-mühafizə orqanları cəlb edilib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Məsimə Məmmədova

COP29

www.yenicag.az

130
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv