!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ATƏT-in konfransında azərbaycanlı politoloqdan ÇAĞIRIŞ

!Reklam – Yazi

“Biz Avropadan eyni həmrəyliyi görə bilmədik. Biz dünyadan haqq-ədalət görmədik. Nəticədə 2020-ci ildə Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etdi”.

Yenicag.az xəbər verir ki, bunu ATƏT-in 2024-cü il İnsan ölçüsü üzrə Varşava Konfransında çıxış edən azərbaycanlı politoloq Əhməd Şahidov deyib.

 

O, çıxışında, bu gün dünyada bir sıra aktiv münaqişələr olduğunu, onlardan bəzilərinə xüsusi diqqət yetirmək istədiyini qeyd edib.

“Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başlayandan bəri bütün Avropa ölkələri həmrəylik nümayiş etdirərək, Kiyevi dəstəkləyib. Biz bu həmrəyliyi alqışlayırıq. Ukraynanın ərazi bütövlüyü bərpa olunmalı, Rusiya beynəlxalq məhkəmələrdə cəzalandırılmalıdır.

Mənim ölkəm, Azərbaycan, son 30 ildə eyni mübarizəni aparır. Torpaqlarımızın işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Buna baxmayaraq, Avropadan eyni həmrəyliyi görə bilmədik. Biz dünyadan haqq-ədalət görmədik. Nəticədə 2020-ci ildə Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etdi”, – deyə o vurğulayıb.

Politoloq əlavə edib ki, bu gün Cənubi Qafqazda müharibə başa çatıb və Ermənistanla sülh danışıqları davam edir.

“Amma həmin müharibə zamanı bəzi ölkələrin, məsələn, Fransa, Almaniya, Kanada və digərlərinin qərəzli yanaşmasını unutmaq olmaz. Bu, ikili standartdır. Yaxın Şərqdə də eyni hal müşahidə edilir.

İsrail ordusunun Fələstin şəhərlərində, Qəzzada həyata keçirdiyi qətliam diqqətdən kənarda qala bilməz. Fələstində 50000 dinc sakin öldürüldü. Eyni qırğın bu gün Livanda da həyata keçirilir. Eyni ssenari sabah Yəməndə də baş verə bilər. Beynəlxalq ictimaiyyət isə qırğınların qarşısını almaq üçün heç bir addım atmır”, politoloq qeyd edib.

Ə.Şahidov Ukraynaya güclü həmrəylik nümayiş etdirən qərb ölkələrinin Fələstin və Livan üçün heç bir addım atmamasından çox narahat olduğunu söyləyib

“Əminəm ki, bugünkü müzakirələrdə burada oturan heç kim Fələstində öldürülən minlərlə dinc sakindən danışmayacaq. Əgər Rusiya təcavüzkardırsa, İsrail də işğalçıdır. Mən şəxsən Fələstin xalqının yanındayam. Yaxın Şərqdə baş verən müharibə cinayətlərinə qarşı bütün müsəlman ölkələrini və təmsil etdiyim ölkəm, Azərbaycanı reaksiya verməyə və İsrail Ordusunun hərbi əməliyyatlarını qınamağa çağırıram”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv