!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərqdə Böyük İsrail LAYİHƏSİ: “Hücum əməliyyatları dayandırılmayacaq”

!Reklam – Yazi

“Böyük İsrail dövləti layihəsi var və bu həyata keçirilir”.

Bu sözləri İsrail-“Hizbullah” toqquşması və Yaxın Şərqdə baş verən prosesləri Yenicag.az-a dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.


Yusif Bağırzadənin sözlərinə görə, İsrail özünü haqlı sayır və əməliyyatları dayandırmayacaq.

““Hizbullah”ın yaranması birbaşa İranla bağlıdır. İran Yaxın Şərqdəki maraqlarını müdafiə etmək üçün proksi təşkilatları vasitəsi ilə həyata keçirirdi. HƏMAS-la toqquşmadan sonra Hizbullahın da gündəmə gələcəyi ortada idi.

HƏMAS İsrailə hücum edəndə, İsrail rəsmi olaraq bütün dünyaya müraciət etdi ki, qınasınlar. Bəzi dövlətlər bunu qınadı, bəziləri isə səssiz qaldı. Ona görə də, İsrail BMT nümayəndələrini öz ölkəsinə buraxmadı. İsrail özünü haqlı sayır, əlində əsaslar var ki, onun ərazisinə hücum olub”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, BMT və beynəlxalq hüquq İsrailə heç nə edə bilmir.

“İsrail, bundan əlavə, güclü bir dövlətdir. Ən əsası isə İsrailin yanında ABŞ var. İsrail-“Hizbullah” toqquşması ABŞ-dəki seçkilərin nəticələrinə ciddi təsir edəcək. Hesab edirəm ki, İsrailə noyabr ayının 5-ə qədər vaxt verilib ki, öz istədiklərini yerinə yetirsin”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

153
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv