“Üçüncü Sektor” İctimai birliyi Ərzincanda “Qərbi Azərbaycana qayıdış” layihəsinin icrasına başlayır

media-hightechnic-468x90

Yenicag.az xəbər verir ki, “Üçüncü Sektor” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycana qaydış” layihəsinin icrasına başlayır.

Layihənin əsas məqsədi Qərbi Azərbaycanın mədəni və tarixi irsinin tanıdılması, bu irsin gənc nəslə və beynəlxalq auditoriyaya çatdırılmasıdır. Layihə çərçivəsində Türkiyənin Ərzincan bölgəsində beynəlxalq forumun keçirilməsi nəzərdə tutulub.

Layhə rəhbəri Nahid Canbaxışlı bildirib ki, forum Ərzincan Binəli Yıldırım Universitetində baş tutacaq. Layihə rəhbəri qeyd edib ki, Ərzincan Universitetinin rəhbərliyi və professor-müəllim heyəti layihəyə xüsusi maraq göstərməsi xüsusi önəm kəsb edir və bizimlə əməkdaşlıq etmək niyyətləri bizim üçüm daha da sevindirici olmaqla yanaşı eyni zamanda layhənin nüfuzunu artıracaq, layihənin Türkiyə ictimaiyyətində daha geniş rezonans doğurmasına imkan verəcəkdir.

Qeyd edək ki, layhənin tərəfdaşları Türkiyə İnternet Mediya Birliyi və Binəli Yıldırım adına Ərzincan Univeristetidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600