“Şamaxı” “Karvan-Yevlax”a qalib gəldi

media-hightechnic-468x90

Misli Premyer Liqasının IV turunda “Şamaxı” “Karvan-Yevlax”a qalib gəlib.

Yenicag.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.

Qolları Alfons Msanqa (38) Andrey Tirkoveanu (45) və Sezar Enrike (71) vurublar.

Cari mövsüm ilk qələbəsini qazanan “Şamaxı” xallarının sayını 5-ə çatdırıb. “Karvan-Yevlax”ın hesabında 4 xal var.

Qeyd edək ki, daha əvvəl “Araz-Naxçıvan” “Kəpəz”i iki, “Turan Tovuz” “Qəbələ”ni, “İmişli” isə “Sumqayıt”ı bir cavabsız qolla üstələyib. “Qarabağ” – “Zirə” oyununda qalib müəyyənləşməyib – 1:1.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05