UEFA Çempionlar Liqası: Yarımfinal mərhələsi başlayır
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.
Yenicag.az-ın məlumatına görə, raundun ilk matçında PSJ Fransada Almaniyanın “Bavariya” komandasını qəbul edəcək.
Qarşılaşma “Park de Prens” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi isveçrəli Sandro Şerer olacaq.
Tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.
Xatırladaq ki, yarımfinalın digər matçı aprelin 29-da təşkil olunacaq. “Atletiko” İspaniyada İngiltərənin “Arsenal” kollektivi ilə üz-üzə gələcək./Report/













