Ukrayna Rusiya və ABŞ ilə üçtərəfli görüşə razılıq verdi

media-hightechnic-468x90

Ukrayna ABŞ-nin Rusiya ilə üçtərəfli görüş keçirmək təklifini dəstəkləyir.

Yenicag.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Vladimir Zelenski jurnalistlərə bildirib.

Lakin o, belə bir görüşün yeni nəticələr verə biləcəyinə şübhə ilə yanaşdığını qeyd edib, çünki Türkiyədə bu formatda görüşlər olub.

Hərçənd Ukrayna lideri xatırladıb ki, həmin vaxt əsir mübadiləsi barədə razılıq əldə edilib və buna görə də bu cür görüşlər keçirilməlidir.

“Mən bu barədə dəfələrlə danışmışam. Liderlər tərəfindən həll edilməli olan mürəkkəb məsələlər var. Buna görə də razılaşmalar olarsa, mən buna qarşı çıxa bilmərəm. Biz Amerika Birləşmiş Ştatlarının təklifini dəstəkləyirik. Görək necə olacaq”, – deyə Zelenski bildirib./Oxu/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa