Ulduz futbolçu komandasına qarşı oynayacaq
“Qalatasaray” “Atletiko”Madridlə yoldaşlıq oyunu keçirəcək.
Bu görüşün keçirilmə səbəbi Somada kömür mədənində baş verən partlayış nəticəsində ölən insanların yaxınlarına yardım etməkdir. Matçdan əldə olunacaq bütün gəlirlər hadisədən zərərçəkmiş ailələrə bağışlanacaq.
Oyun Türkiyənin İzmir şəhərində keçiriləcək lakin tarix hələ tam olaraq dəqiqləşdirilməyib.
Bu matçda “Atletiko”nun ulduz futbolçusu Arda Turan keçmiş komandasına qarşı mübarizə aparacaq.