“Üsyançılara qarşı hərbi əməliyyat bir neçə gün davam edəcək”
“Şiə üsyançılarına qarşı beynəlxalq hərbi əməliyyat bir neçə gün davam edəcək”.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, belə bir bəyanatla Yəmən xarici işlər naziri Riyad Yasin çıxış edib.
“Düşünürəm ki, əməliyyat çox çəkməyəcək. Fikrimcə, daha bir neçə gün tələb olunacaq”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Yəməndə şiə üsyançıları (husilər) ilə hökumət qüvvələr arasında toqquşmalar davam edir.