Vergiləri artıran naziri paba buraxmadılar

media-hightechnic-468x90

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivs ölkədə artan vergilər səbəbindən obyekt sahibi tərəfindən “qara siyahı”ya salındıqdan sonra artıq sevimli pablarından birinə baş çəkə bilməyəcək.

Yenicag.az xəbər verir ki, “Marsh Inn” pabının sahibi Martin Noulsun təkcə Rivsi deyil, həm də hakim Leyboristlər Partiyasının bütün millət vəkillərinə obyektə daxil olmağı qadağan etdiyi bildirilir. O, müəssisənin müştərilərinin bu xəbəri məmnuniyyətlə qarşıladığını qeyd edib.

Rivs 2024-cü ilin iyul ayında keçirilən ümumi seçkilərdə Leyboristlərin qələbəsini bu pabda qeyd edib. Nouls nazirin yalnız vergi endirimindən sonra müəssisəyə qayıda biləcəyini vurğulayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa