Səyahət etməyin bəlkə də ən maraqlı, ən sevilən və ən səbirsizliklə gözlənilən anı həmin ölkənin mətbəxinin yeməklərini dadmaqdır. Səyahətinizdən döndüyünüzdə və hətta illər sonra belə bəyənib bəyənməməyinizdən asılı olmayaraq xatırlanacaq, hər zaman danışacağınız xatirələrinizdən biri də həmin ölkənin necə qeyri-adi, fərqli və maraqlı mətbəxinin olması olacaq. Axı dadacağımız hər bir yeni dad yeni və fərqli bir təcrübə deməkdir.