Vilnüs aeroportuna bomba təhlükəsi ilə bağlı anonim zəng daxil oldu

media-hightechnic-468x90

Vilnüs hava limanına son iki gün ərzində ikinci dəfə bomba təhlükəsi ilə bağlı anonim zəng daxil olub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə LRT portalı yazıb.

“Dünən axşam rus dilində danışan bir kişi məlumat mərkəzinə zəng edərək, tezliklə işə düşəcək partlayıcı qurğu quraşdırdığını bildirib. Polis təhlükəsizlik xidmətləri ilə birlikdə hava limanını diqqətlə yoxlayıb, lakin heç bir partlayıcı maddə və ya şübhəli əşya aşkar edilməyib”, – hava limanının mətbuat xidmətindən bildirilib.

Zəng edənin şəxsiyyəti hələ müəyyən edilməyib. Litvada ictimai təhlükəsizliyə təhdid və ya fövqəladə vəziyyət barədə yalan məlumat vermək ictimai işlərə cəlb edilmə, cərimələnmə və bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05