!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xalq Putindən narazıdır, lakin ayağa qalxmır – Səbəbi budur

!Reklam – Yazi

putin-turkiye-ile-anlasmazligimizin--6499186Taleh Əliyev: “Hazırkı situasiyada xalqın narazılığının kütləvi etiraz formasına keçməməsinin başlıca səbəbi Rusiya iqtisadiyyatının biryönümlü olmamasından irəli gəlir”

Rusiya Qərbin ona qarşı tətbiq etdiyi sanksiyalar fonunda iqtisadi cəhətdən xeyli dərəcədə mövqe itirib. Rublun məzənnəsinin kəskin azalması, neftin qiymətindəki enmələr istər-istəməz şimal ölkəsinin iqtisadiyyatına mənfi təsirlərini göstərməkdədir. Adətən, ölkədə iqtisadi durum ağırlaşanda əhalinin də narazılığı artır. İnsanlar bu fonda hökumət əleyhinə daha aktiv şəkildə mübarizəyə qoşularaq etiraz aksiyaları təşkil edirlər. Lakin Rusiya bir ildir ki, sanksiyalar məngənəsində ağır durumda olsa da, bu ölkədə əhalinin yerli hökumətdən narazılığı, bu səbəbdən də etiraz aksiyaları təşkil etmələri demək olar ki, müşahidə olunmur.

Görəsən, iqtisadiyyatı ağır vəziyyətdə olan, deməli alıcılıq qabiliyyəti də aşağı düşən Rusiya əhalisi nədən mövcud duruma qarşı real etiraz aksiyaları təşkil etmirlər?

Yenicag.az-a açıqlamasında politoloq Taleh Əliyev indilikdə daxildə Rusiya əhalisinin narazılığının kütləvi şəkil almamasının başlıca səbəbini bu ölkə iqtisadiyyatının bir çaxəli olmaması ilə əlaqələndirdi: “Rusiyaya 2014-cü ilin sonlarından başlayaraq iqtisadi sanksiyalar tətbiq olunsa da, bu ölkə iqtisadiyyatı tək ukladlı iqtisadiyyat olmadığından təzyiqlər gəlirlərin azalmasına gətirib çıxarsa da, bütövlükdə əhalinin maddi rifah halını kəskin dərəcədə ağırlaşdırmayıb. Çünki Rusiya sənayesinin digər sahələrində, kənd təsərrüfatında əhalinin məşğulluğu davam edir. Amma Rusiyanın Türkiyə ilə münasibətlərinin korlanmasından sonra qardaş ölkədən bu bazara daxil olan idxal mal və məhsul həcminin kəskin azalması Moskva üçün əvvəlki dövrlərlə müqayisədə çətinlikləri daha da artırıb.

Lakin bütövlükdə hazırkı situasiyada xalqın narazılığının kütləvi etiraz formasına hələlik keçməməsinin başlıca səbəbi Rusiya iqtisadiyyatının biryönümlü olmamasından irəli gəlir. Ölkə gəlirləri azalsa da, əhalinin məşğul ola biləcəyi başqa sahələr yerindədir və həmin itkiləri qismən də olsa kompensasiya edə bilirlər. Rusiyaya qarşı sanksiyalar tətbiq olunan zaman Putinin 60-a yaxın yerli milyarderlərin iştirakı ilə keçirdiyi görüşdə investisiyaların ölkəyə yatırılması və yeni iş yerlərinin yaradılması ilə bağlı müraciəti də oldu. Görünür həmin siyasət müəyyən qədər öz effektivliyini verib ki, indilikdə bu ölkədə əhalinin daxili proseslərdən narazılığı kütləvi etiraz formasına gətirib çıxarmayıb. Rusiya həm böyük bazardır, həm də üçüncü dünya ölkələrinə müəyyən texnologiyalar ixrac edə bilir. Belə ki, Qərblə əlaqələrinin zəifləməsindən sonra, Rusiyanın üçüncü dünya ölkələrinə, xüsusən də Hindistana böyük yatırımları oldu. Bütün bunların nəticəsidir ki, hələlik Rusiyada ağır iqtisadi vəziyyətə baxmayaraq, əhalinin maddi vəziyyəti kəskin pisləşmədiyindən bu günkü gündə xalqın ayaqlanması prosesi baş vermir. Amma heç də bütün Rusiya cəmiyyəti Putin siyasətindən tam razı da görünmür”.

ELÇİN

www.yenicag.az

648
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv