Rusiyada Bəşər Əsədi zəhərləyiblər

media-hightechnic-468x90

Suriyanın keçmiş Prezidenti Bəşər Əsədi zəhərləyiblər.

Yenicag.az Rusiya KİV-ə istinadən xəbər verir ki, eks-prezident zəhərlənmə diaqnozu ilə Moskvada xəstəxanaya yerləşdirilib.

Məlumata görə, siyasətçi reanimasiyadan sonra xəstəxanadan buraxılıb. Həkimlər onun vəziyyətini stabil qiymətləndiriblər. Məhdud sayda insanın xəstəxanada Əsədi ziyarət etməsinə icazə verilib.

Onların arasında keçmiş prezidentin qardaşı Maher Əsəd və Prezident Administrasiyasının keçmiş baş katibi Mənsur Əzzam da olub.

Bundan əvvəl Suriyanın yeni lideri Əhməd  Əl Şaraa bəyan etmişdi ki, Moskva hakimiyyət dəyişikliyindən sonra ölkədən qaçan keçmiş prezident Bəşər Əsədin təhvil verilməsi ilə bağlı Dəməşqin tələbini rədd edib./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa