Qitə miqyasında İKİLİ STANDART: Avropa Şurası niyə Azərbaycanı İTİRİR?

media-hightechnic-468x90

“Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası iştirak etməməsinin səbəbkarı qarşı tərəfdir. Onlar Azərbaycan-Ermənistan münaqişəsinə doğru tərəfi deyil, rəsmi İrəvanı müdafiə etdilər və ölkəmiz də haqlı olaraq qurumdakı fəaliyyətini dondurdu”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Ramiyyə Məmmədova deyib.

media-whatsapp-gorsel-2025-09-30-saat-16-11-08_79149c43

Ekspert, həmçinin əlavə edib ki, qurum ölkəmizə qərəz göstərməklə yanaşı, dövlət adamlarına, siyasi xadimlərə, demokratiyamıza təzyiq ediblər:

“Avropa Şurası daxilində erməni lobbisinin təsirində olan ölkələr var. Onların səyi nəticəsində qurum Azərbaycana qarşı qərəzli qərarlar qəbul edirdi. AŞPA bu gün o qədər təlatümlər yaşayır ki, özlərinin fəaliyyəti belə ciddi sual altındadır. Avropa söz azadlığı və demokratiya kimi məsələlərdə geri qalmağa, uduzmağa başlayıb. 30 illik Minsk qrupunun fəaliyyətini dayandırması, həm də adıçəkilən quruma böyük zərbə idi. Bu müddət ərzində pul yeməkdən başqa iş görmədilər. Ölkəmiz nə AŞ-dəki, nə də BMT-dəki bəzi ittihamlara məhəl qoymayaraq torpaqlarını işğaldan azad etdi”.

R. Məmmədova bildirib ki, indi Azərbaycan və Ermənistan sülhə doğru yol alıb ki, bu da iki ölkənin səyləri və Türkiyənin dəstəyi ilə baş tutdu:

“Tərəflər ABŞ-də sülh sazişini parafladılar. Həmçinin Paşinyanın son çıxışları, reallıqlarla bağlı səsləndirdiyi fikirlər, Ermənistan Konstitusiyasında ediləcək dəyişikliklər yalnız ikitərəfli danışıqlar sayəsində mümkün olub. AŞPA-nın Azərbaycana zərər vurmağı yalnız özlərinə problemlər yaratdı. Qurum doğru qərarlar verməklə Azərbaycan və Gürcüstanı təşkilata qaytara bilər. Bizim Assambleyada iştirak etmədik, bununla da nəsə itirmişik. Onlar adekvatlıq göstərərək doğru qərarlar verməlidirlər. Yalnız bu halda ölkəmiz fəaliyyətini bərpa edə bilər. Açığı, indiki məqamda düşünmürəm ki, bu baş verəcək, yəqin ki, buna zaman lazım olacaq”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa