Xalq şairi Söhrab Tahir dəfn olunub
Xalq şairi Söhrab Tahir II Fəxri xiyabanda dəfn olunub.
APA-nın xəbərinə görə, Təzə Pir məscidində keçirilən vida mərasimində baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Fitrət Qoca, mərhumun ailə üzvləri və digərlər şəxslər iştirak edib. Xalq yazıçısı Anar və xalq şairi Nəriman Həsənzadə Söhrab Tahirin xidmətlərindən danışaraq onun vəfatını Azərbaycan ədəbiyyatında itki kimi qiymətləndiriblər.