Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov 72 yaşında vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə APA-ya mərhumun ailəsindən bildirilib.
A. Bəşirov uzun sürən xəstəlikdən Türkiyədə vəfat edib. A. Bəşirov sabah Bakıda dəfn olunacaq.
Qeyd edək ki, A. Bəşirov Prezidentin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. 2013-cü il oktyabrın 22-də Xəzər Dəniz Gəmiçiliyinin rəisi vəzifəsindən azad edilib.