“Yanan bina” – 2 il ötdü

2015-ci ilin mayın 19-nu Bakı sakinləri heç vaxt unutmayacaq. Həmin gün Binəqədidə yerləşən 16 mərtəbli binada dəhşətli yanğın baş verdi. Qısa zamanda kibrit çöpü kimi alışıb-yanan bina neçə-neçə insanın son mənzili oldu. Yeniçağ.az həmin faciə nəticəsində dünyasını dəyişənləri dərin hüznlə yad edir, ölənlərin yaxınlarına başsağlığı verir.

Məhərrəmova Fərəh Elnur qızı (3 yaş),
Bağırov Sahib Rəhim oğlu (49 yaş),
Bağırova Firəngiz Rəhim qızı (60 yaş),
Şirinova Zülfiyyə Yavər qızı (43 yaş),
Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş),
Eyvazov Davud Hamir oğlu (16 yaş),
Eyvazova Ülkər Hamir qızı (21 yaş).
Cavadov Ömər Vüqar oğlu (1.5 yaş),
Kərimova Nazilə Malik qızı (39 yaş),
Kərimova Ayan Anar qızı (5 yaş),
Hüseynov Ayxan Şahin oğlu (2 yaş).

Allah rəhmət eləsin!

Yeniçağ.az