Yanukoviç həbs olunacaq?
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko yerli mətbuata verdiyi musahibəsində Viktor Yanukoviçin tezliklə həbs olunacağını bildirib.
Nalivayçenko keçmiş prezidentin xoşluqla Baş Prokurorluğa gəlməsini qeyd edib. Onun sözlərinə görə, istintaqdan yayınmaq Yanukoviçin işini daha da çətinləşdirəcək.
“İlk növbədə o, dərhal Baş Prokurorluğun sorğu-sualına gəlməlidir. Yanukoviçə xalq məhkəməsi keçiriləcək və ona hökm oxunacaq. Tezliklə haqq-ədalət bərpa olunacaq, o, həbs ediləcək”, – deyə Valentin Nalivayçenko bildirib.
Qeyd edək ki, uzun müddət kənarda olan Viktor Yanukoviç mayın 12-də Luqansk və Donetsk bölgələrində keçirilən referenduma şərh bildirmək üçün yenidən üzə çıxmışdı.