Yazıçıoğlunun nazir “sağ qolu”: “Dövlət əmr etdi, biz də qəbul etdik”

media-hightechnic-468x90

10629Mərhum Mühsin Yazıçıoğlunun ən yaxın adamlarından olan Yalçın Topçu da müvəqqəti hökumətdə yer aldı. Yazıçıoğlundan sonra bir müddət Böyük Birlik Partiyasının sədri olan Y.Topçu mədəniyyət və turizm naziri oldu.

Beləliklə, Topçu Davudoğlu hökumətində Toğrul Türkeşdən sonra ikinci millətçi nazir ünvanını qazandı.

Topçu “Dövlət əmr etdi, biz də qəbul etdik” deyərək, yeni vəzifəsini şərh edib.

Maraqlıdır ki, Y.Topçu 7 iyun seçkilərində AKP-dən namizədliyini irəli sürsə də, Davudoğlunun siyahısına düşə bilməmişdi.

Qeyd edək ki, Yalçın Topçu Gülənə qarşı çıxışları ilə tanınır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600