Yəmən savaşı getdikcə böyüyür

media-hightechnic-468x90

87133Yəməndə baş verən hadisələr getdikcə gərginləşir.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Pakistan hökuməti Yəmənə Husilərə qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün Səudiyyə Ərəbistanına əsgər göndərəcəyi barədə qərar qəbul edib.

Daily Star xəbər agentliyi bu məlumatı Pakistan hökumətindəki mənbələrinə isrinadən yayıb.

Xəbərə görə, Yəmənə göndəriləcək əsgərlərin sayı hələlik dəqiq bilinmir.

Qeyd edək ki, Ərəb dövlətləri Liqası Vahid Ərəb Ordusunun yaradılması barədə qərar qəbul edib. Bu isə o deməkdir ki, Yəməndə quru əməliyyatlarına start verilə bilər.

Rusiya prezidenti Vladimir Putin isə Ərəb ölkələrinə səslənərək bildirib ki, Yəməndəki böhran sülh yolu ilə həll olunmalıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600