Yenicag.az işıqlandırdı, problem həllini tapdı!

Ağdam rayonunda artezian motorlarının satılması ilə bağlı 29.10.2021-ci il tarixində saytımızda işıqlandırılan vətəndaş şikayəti həllini tapıb.

Yenicag.az-a Ağdam rayon Alıbəyli kənd sakinlərinin verdiyi məlumata görə, dünən təmir üçün aparılan motorun yerinə yenisi quraşdırılıb.

Mexaniki Suvarma İdarəsi istismar müddəti keçmiş motoru yenisi ilə əvəz edib.

Qeyd edək ki, artezian motorunun işləməməsi nəticəsində bu il torpaq sahiblərinə xeyli miqdarda ziyan dəyib.

Səxavət Məmməd