Yunus Əmrə İnstitutunun sədri Bakıda rəsmi konfrans keçirdi - VİDEO

media-hightechnic-468x90

Türkiyənin mədəni diplomatiya sahəsində beynəlxalq fəaliyyət göstərən qurumu olan Yunus Əmrə İnstitutunun sədri, prof.dr. Abdurrahman Ali “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində Bakıda rəsmi səfərdədir.

Yenicag.az xəbər verir ki, səfər çərçivəsində Bakı Yunus Əmrə İnstitutunda media nümayəndələrinin suallarını cavablandıran YƏİ sədri Azərbaycanın institut olaraq xüsusi önəm verdikləri üç ölkədən biri olduğunu vurğulayıb.

“Şimali Kipr Türk Respublikası, Bosniya və Herseqovina da daxil olmaqla, Azərbaycan bizim ən güclü olmağa çalışdığımız və həqiqətən də güclü olduğumuz üç ölkədən biridir.

Daşa yazılmış tarixi gənclərə rəqəmsal olaraq necə çatdıra bilərik? Bu istiqamətdə işlər gördük. Dilimiz bir olduğu üçün öncəliyimiz daha çox mədəni fəaliyyətlər sahəsində əməkdaşlıqdır. Çünki Azərbaycan mədəniyyət sahəsində özünü dünyada sübut edən ölkədir”, – deyə o, bildirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa